BURADA REKLAMINIZ OLA
BİLƏR

Tanışlarını bıçaqlayan sərxoş gənclə bağlı məhkəmə qərarı açıqlandı

Ali Məhkəmədə Tərtərdə tanışlarını bıçaqlamaqda təqsirləndirilən Tamerlan Yusiblinin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, şikayət təmin edilməyib.
 

Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 8 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

İttihama görə, hadisə 10 may 2023-cü il tarixdə, saat 23 radələrində Tərtər şəhəri, Babək küçəsində yerləşən “Aristokrat” adlı kafenin qarşısında qeydə alınıb.
 

Belə ki, 2004-cü il təvəllüdlü Tamerlan Yusibli sərxoş vəziyyətdə olan zaman zarafata görə tanışları Cəsarət Abışov və Rüfət Məmmədlini bıçaqlayıb.
 

Hadisədən sonra o, polis əməkdaşları tərəfindən saxlanıb və barəsində həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

Tarix: 18 Oktyabr 2024, 08:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin