BURADA REKLAMINIZ OLA
BİLƏR

Həmkəndlisini öldürən şəxsin məhkəməsi başlayır

Yevlaxda qətl törətmədə təqsirləndirilən Təbriz Qasımovun cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

 

Cinayət işi hakim Tural Əfəndizadənin icraatına verilib.

 

Qeyd: Bu il aprelin 7-də saat 01 radələrində Yevlax rayon sakini Musa Orucovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

 

Araşdırma zamanı 1996-cı il təvəllüdlü Şəhriyar Bayramlının rayonun Əkşəm kəndi ərazisində aralarında yaranmış mübahisə zamanı kəsici-deşici alətlə xəsarət yetirərək Musa Orucovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Hadisədən sonra Şəhliyar Bayramlı könüllü olaraq təslim olub və rayon prokurorluğunun qərarı əsasında şübhəli şəxs qismində tutulub.

 

Faktla bağlı Yevlax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

 

Kamal Məmmədov

Tarix: 18 Oktyabr 2024, 08:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin