BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə tanışını bıçaqlayan cinsi azlığın nümayəndəsi ilə bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində adam bıçaqlamaqda təqsirləndirilən Nurlan Məhərrəmovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib.

 

İttihama görə, cinsi azlığın nümayəndəsi olan Nurlan Məhərrəmov mübahisə zəminində sosial şəbəkələrdə tanış olduğu Rasim Əliyevi bıçaqlayıb.


 
Ona qarşı Cinayət Məcəlləsinin 126.2.4-cü (Qəsdən sağlamlığa zərər vurma, ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə) maddəsi ilə ittiham irəli sürülmüşdü.

Tarix: 18 Oktyabr 2024, 09:54   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin