BURADA REKLAMINIZ OLA
BİLƏR

Göygöldə maşınla piyadanı vuraraq öldürən Türkiyə vətəndaşı ilə bağlı qərar verildi

Ali Məhkəmədə Göygöldə yol qəzası törətməkdə təqsirləndirilən Türkiyə vətəndaşı Aras Abdulkadirin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, şikayət təmin edilməyib.

 
Xatırlatma: Göygöl Rayon Məhkəməsinin hökmü ilə o, 3 il müddətinə azadlıqdan məhrum edilib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.
 

İttihama görə, hadisə 15 oktyabr 2023-cü il tarixdə, təxminən saat 19:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Göygöl rayonu Bəhrəmtəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

 
Belə ki, təqsirləndirilən Türkiyə vətəndaşı Aras Abdulkadirin idarə etdiyi “Renault T480” markalı Gürcüstan qeydiyyat nişanlı qoşqulu avtomaşını Bakı istiqamətində hərəkət etdirərkən piyada Ş.Ələsgərovu vurub. Nəticədə ağır bədən xəsarətləri alan yaralı ölüb.

 

Kamal Məmmədov

Tarix: 18 Oktyabr 2024, 09:26   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin