Ötən əsrin sonunda yaranmış tarixi şərait Azərbaycana dövlət müstəqilliyini yenidən bərpa etmək imkanı verdi. Azərbaycan xalqı artıq 5 ildir, 18 Oktyabr Dövlət Müstəqilliyinin Bərpası Gününü tam fərqli, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Mövzu ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin komitə sədri Tahir Rzayev deyib ki, müstəqillik hər bir insanın, xalqın həyat amalı, azadlığın təminatıdır.

"Azərbaycan xalqı da öz azadlığı və müstəqilliyi uğrunda tarix boyu mübarizə aparıb. Keçən əsrin əvvəllərində xoşbəxtliyə nail olub, lakin bu müstəqilliyin ömrü qısa olub. Azərbaycan xalqı öz müstəqilliyinə qovuşmaq üçün illərlə çalışmalı, mübarizəyə atılmalı olub. 1991-ci ilin oktyabrında müstəqilliyimizi təmin edə bildik. Azərbaycan Xalq Cümhuriyyətinin qurduğu müstəqillik ulu öndərimiz Heydər Əliyevin böyük səyi, uzaqgörənliyi sayəsində bərpa olundu, bizi uğurlu qələbələrə çatdırdı. Ulu öndərimiz deyib ki, müstəqilliyi əldə etmək nə qədər çətin olsa da, onu qoruyub-saxlamaq daha çətindir. Bu bir həqiqətdir. Müstəqilliyimiz bərpa olunduğu illərdə Azərbaycan xalqı böyük imtahan qarşısında idi. Torpaqlarımız erməni faşistləri tərəfindən işğal olunur, xarici ölkələr tərəfindən respublikamıza təzyiq və təhdidlər davam edirdi. Ölkədə özbaşınalıq, anarxiya hökm sürür. Vətəndaş müharibəsi yetişirdi və müstəqilliymizi itirmək ərəfəsində idik. 1993-cü ilin 15 iyun tarixində Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gətirilməsi müstəqilliyimizin möhkəmləndirilməsində, qorunmasında, uğurla davam etdirilməsində böyük mərhələnin təməlini qoydu və müstəqilliyi bu günümüzə ərmağan etdi. Ulu öndərin gördüyü işlər tarix boyu unudulan deyil. Bu gün Azərbaycan xalqının həyata keçirdiyi, gördüyü böyük işlər vaxtilə qoyulan təməlin nəticəsidir. Azərbaycan Prezidenti 2003-cü ildə hakimiyyətə gəlişi ilə ölkədə yeni inkişafın təməlini qoydu. Torpaqları işğaldan azad etmək, ölkə iqtisadiyyatını inkişaf etdirmək, ordunu gücləndirmək, xalqı birləşdirmək, qələbələrə nail olmaq cənab İlham Əliyevin qarşıya qoyduğu ən mühüm vəzifə olmaqla bərabər həm də xalqın tələbi, istəyi idi. İnsanların ruhundan qidalanırdı. Qarabağ qələbəsi ilə müstəqilliyimzə böyük yollar açıldı. 44 günlük Vətən müharibəsi, 23 saatlıq anti-terror tədbirləri bütün dünyaya Azərbaycan Prezidentinin iradəsini, xalqın birliyini, ordunun gücünü nümayiş etdirmiş oldu. Xalqımız bu gün ən əziz bayramlarını qürurla qeyd edirlər. Torpaqlarımız azaddır, sərhədlərimiz qorunur, erməni təcavüzkarlarının başı əzilib. Müstəqil dövlət siyasətinə, iqtisadiyyatına, həyatına malikdir. Bu müstəqilliyimizi təmin edənlərə, onu qoruyanlara Azərbaycan xalqı ömür boyu borcludur və minnətdardır. Biz bu insanların xatirəsini daim əziz tuturuq. Daha böyük qələbə əzmi ilə xalqı birliyə, həmrəyliyə, dostluğa çağırırıq", - o bildirib.
Milli Məclisin deputatı Ceyhun Məmmədov isə bildirib ki, 18 oktyabr Azərbaycan tarixinin ən şanlı, şərəfli günlərindən biridir:

"18 oktyabr tarixində Azərbaycan ötən əsrin əvvələrində itirdiyi müstəqilliyini bərpa etdi. Azərbaycan xalqı yenidən müstəqil oldu. Ölkəmiz 1990-cı illərdə müstəqilliyini əldə etsə də, çox çətin problemlərlə üz-üzə qaldı. Torpaqlarımız, ərazilərimiz işğal olundu. Bütün bunların öhdəsindən Azərbaycan layiqincə gəldi. Ərazilərini ən qısa vaxtda azad edə bildi və bütövləşdi. 2020-ci ildə cənab Prezidentin rəhbərliyi ilə Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində bütün torpaqlarımızı azad, müstəqilliyimizi tam bərpa etdik. Bu gün Azərbaycan tarixinin ən şanlı, şərəfli günlərini yaşamağa davam edir. Biz tarixi qələbəyə, inkişafa kimi çox çətin günlər dən, dövrlərdən keçdik, bu günə gəldik. Qələbəmizi təmin etdik. Bu gün çalışmalıyıq ki, qələbəmizi, dövlətçiliyimizi daha da möhkəmləndirək, böyük uğurlara nail olaq. Azərbaycanda dövlətimiz tərəfindən işlər uğurla görülür. Bu da qarşımıza qoyduğumuz hədəflərə çatdığımızın göstəricisidir. Çalışmalıyıq ki, prosesə öz töhfəmizi verək. Bu, gələcəyə daha da inamla baxmağa imkan verir. Məqsədli şəkildə bütün hədəflərimizə nail oluruq".
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə yardımı ilə “Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği” mövzusu üzrə dərc olunub.
Aytəkin Qardaşova

23 Oktyabr 00:31
23 Oktyabr 00:10
22 Oktyabr 23:32
22 Oktyabr 23:04
22 Oktyabr 22:09
22 Oktyabr 20:44
22 Oktyabr 20:32
22 Oktyabr 19:58
22 Oktyabr 19:22
22 Oktyabr 18:55
22 Oktyabr 18:49
22 Oktyabr 18:47
22 Oktyabr 18:43
22 Oktyabr 18:40
22 Oktyabr 18:35
22 Oktyabr 18:30
22 Oktyabr 18:19
22 Oktyabr 18:15
22 Oktyabr 18:10
22 Oktyabr 18:05
22 Oktyabr 17:59
22 Oktyabr 17:52
22 Oktyabr 17:45
22 Oktyabr 17:39
22 Oktyabr 17:25
22 Oktyabr 17:24
22 Oktyabr 17:20
22 Oktyabr 17:11
22 Oktyabr 17:09
22 Oktyabr 16:58
22 Oktyabr 16:50
22 Oktyabr 16:49
22 Oktyabr 16:43
22 Oktyabr 16:29
22 Oktyabr 16:27
22 Oktyabr 16:19
22 Oktyabr 16:17
22 Oktyabr 16:17
22 Oktyabr 16:11
22 Oktyabr 16:11
22 Oktyabr 16:05
22 Oktyabr 15:56
22 Oktyabr 15:42
22 Oktyabr 15:42
22 Oktyabr 15:38
22 Oktyabr 15:29
22 Oktyabr 15:23
22 Oktyabr 15:17
22 Oktyabr 15:12
22 Oktyabr 15:06
22 Oktyabr 14:59
22 Oktyabr 14:55
22 Oktyabr 14:50
22 Oktyabr 14:47
22 Oktyabr 14:41
22 Oktyabr 14:28
22 Oktyabr 14:22
22 Oktyabr 14:11
22 Oktyabr 14:02
22 Oktyabr 13:56
22 Oktyabr 13:46
22 Oktyabr 13:37
22 Oktyabr 13:35
22 Oktyabr 13:28
22 Oktyabr 13:21
22 Oktyabr 13:09
22 Oktyabr 12:59
22 Oktyabr 12:57
22 Oktyabr 12:50
22 Oktyabr 12:35
22 Oktyabr 12:33
22 Oktyabr 12:30
22 Oktyabr 12:27
22 Oktyabr 12:25
22 Oktyabr 12:25
22 Oktyabr 12:23
22 Oktyabr 12:20
22 Oktyabr 12:17
22 Oktyabr 12:15
22 Oktyabr 12:15
22 Oktyabr 12:07
22 Oktyabr 12:04
22 Oktyabr 12:02
22 Oktyabr 12:00
22 Oktyabr 11:54
22 Oktyabr 11:52
22 Oktyabr 11:48
22 Oktyabr 11:39
22 Oktyabr 11:32
22 Oktyabr 11:27
22 Oktyabr 11:19
22 Oktyabr 11:11
22 Oktyabr 11:08
22 Oktyabr 11:04
22 Oktyabr 11:00
22 Oktyabr 10:57
22 Oktyabr 10:53
22 Oktyabr 10:49
22 Oktyabr 10:43
22 Oktyabr 10:37
22 Oktyabr 10:34
22 Oktyabr 10:33
22 Oktyabr 10:30
22 Oktyabr 10:19
22 Oktyabr 10:05
22 Oktyabr 09:48
22 Oktyabr 09:47
22 Oktyabr 09:30
22 Oktyabr 09:21
22 Oktyabr 08:47
22 Oktyabr 08:45
22 Oktyabr 08:35
22 Oktyabr 08:29
22 Oktyabr 08:25
22 Oktyabr 08:20
22 Oktyabr 08:16
22 Oktyabr 08:09
22 Oktyabr 08:03
22 Oktyabr 08:00
22 Oktyabr 07:47
22 Oktyabr 06:42
22 Oktyabr 06:40
22 Oktyabr 03:59
21 Oktyabr 23:41
21 Oktyabr 21:58
21 Oktyabr 21:29
21 Oktyabr 21:27
21 Oktyabr 20:48
21 Oktyabr 19:58
21 Oktyabr 19:57
21 Oktyabr 19:43
21 Oktyabr 19:01
21 Oktyabr 18:59
21 Oktyabr 18:55
21 Oktyabr 18:49
21 Oktyabr 18:45
21 Oktyabr 18:43
21 Oktyabr 18:41
21 Oktyabr 18:37
21 Oktyabr 18:35
21 Oktyabr 18:28
21 Oktyabr 18:27
21 Oktyabr 18:21
21 Oktyabr 18:06
21 Oktyabr 18:01
21 Oktyabr 17:53
21 Oktyabr 17:50
21 Oktyabr 17:47
21 Oktyabr 17:36
21 Oktyabr 17:31
Ən son xəbərləri səhifəmizdən də izləyin