BURADA REKLAMINIZ OLA
BİLƏR

Sahibsiz itlərin hücumuna məruz qalan Paşinyan qaçdı

Ermənistanın Şirak bölgəsinə səfər edən Nikol Paşinyan sahibsiz itlərin hücumuna məruz qalıb.

 

Hadisə Şirak bölgəsinin mərkəzi hesab edilən Gümrü şəhərində baş verib.

 

Belə ki, N.Paşinyan bu gün səhər saatlarında Gümrü şəhərində mühafizəçilərinin müşayiəti ilə velosiped sürərkən sahibsiz itlər ona hücum edib. Nəticədə N.Paşinyan və onun cangüdənləri təşviş içində ərazidən uzaqlaşıblar.

 

Hadisənin baş verdiyini Gümrü şəhərinin sakinləri də təsdiq ediblər./Oxu.Az 

Tarix: 19 Oktyabr 2024, 20:07   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin