BURADA REKLAMINIZ OLA
BİLƏR

Qərar verildi: Bu tarixdə...

Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

 

Pravda.az xəbər verir ki, koronavirus pandemiyası üzündən 2021-ci ilə təxirə salınmış yarışların tarixini Beynəlxalq Gimnastika Federasiyası (FIG) müəyyənləşdirib.

 

Federasiya bu haqda qərarını video-konfrans formatında keçirilmiş iclasında qəbul edib. Beləliklə, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır.

 

Qeyd edək ki, dünya yaş qrupları yarışları cari ilin 8-10 may, dünya çempionatı 14-16 may tarixlərində Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin, pandemiya ilə əlaqədar digər yarışlar kimi bu yarışlar da təxirə salınmışdı.

 

Tarix: 16 İyun 2020, 09:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin