BURADA REKLAMINIZ OLA
BİLƏR

Messi MLS tarixinə düşdü

Argentinalı ulduz futbolçu Lionel Messi ABŞ-nin "İnter Mayami" klubunun tarixində ən çox qol vuran futbolçu olub.

 

O, MLS-in XXXIV turunda "Nyu-İnqlend Revolyuşin"i 6:2 hesabı ilə məğlub etdikləri matçda het-trikə imza atmaqla, komandasının heyətində ümumilikdə 33-cü qolu vurub.

 

Bunadək "İnter Mayami"nin heyətində ən çox fərqlənən futbolçu 31 qolla Leonardo Kampana idi.

 

Qeyd edək ki, "İnter Mayami" klubu 2018-ci ildə təsis olunub./Report

Tarix: 20 Oktyabr 2024, 17:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin