Reklam

Şirkət rəhbəri törətdiyi dələduzluğa görə həbs edildi

"İşıq inşaat" MMC-nin və eyni adlı MTK-nın təsisçisi olmaqla bu müəssisələrə faktiki rəhbərlik edən Şirəliyev Cavanşir Qardaş oğlu özgə əmlakını külli miqdarda mənimsəməklə dələduzluq cinayətini törətməkdə şübhəli bilinərək həbs olunub.

 

Bakı Şəhər Prokurorluğundan Pravda.az-a verilən məlumata görə, cinayət işində elan olunan ittihama əsasən, C.Şirəliyev faktiki rəhbərlik etdiyi MTK-nın Bakı şəhəri Tbilisi prospektində tikdiyi binada eyni mənzilləri bir neçə şəxsə satmaqla ayrı-ayrı vətəndaşlara külli miqdarda ziyan vurulması ilə nəticələnən dələduzluq əməlini törədib. C.Şirəliyev dələduzluq yolu ilə ayrı-ayrı vətəndaşlardan yüz minlərlə manat mənisəməkdə ittiham olunur.

 

Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirləndirilən C.Şirəliyevin barəsində həbs qətimkan tədbiri seçilməsi üçün müstəntiq tərəfindən təqdimat verilib. Səbail rayon məhkəməsinin (hakim Aytən Əliyeva) 4 dekabr 2019-cu il tarixli qərarı ilə C.Şirəliyevin barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilib.

Tarix: 7 Dekabr 2019, 18:14   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin