BURADA REKLAMINIZ OLA
BİLƏR

DİN: Azyaşlı uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlar yalandır

Daxili İşlər Nazirliyi (DİN) sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlara münasibət bildirib.

 

DİN-dən Pravda.az-a verilən xəbərə görə, uşaqların oğurlanması ilə bağlı yayılan məlumatlar həqiqəti əks etdirmir.

 

“Qara Qarayev metrostansiyası yaxınlığında bir kişi mağazadan yağ oğurlayıb. Daha sonra həmin mağazanın satıcısı onun arxası ilə qaçıb. Yağ oğurlayan şəxs Qara Qarayev metrostansiyasının platforması istiqamətinə qaçıb. Orada da onun aşyaşlı uşaqları olub. Sonra əraziyə polis əməkdaşları gəlib. O, yağı geri qaytarıb, mağaza satıcısı da ondan şikayətçi olmayıb. Həmin şəxs də sərbəst buraxılıb”, - deyə, məlumatda qeyd edilib.

 

Xatırlatma: sosial şəbəkədə Bakının Qara Qarayev metrostansiyasında azyaşlı uşaqların oğurlanması ilə bağlı məlumat yayılıb.

Tarix: 7 Dekabr 2019, 18:48   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin