BURADA REKLAMINIZ OLA
BİLƏR

“McDonald`s”da bir nəfər zəhərlənərək öldü

ABŞ-da “McDonald's” fast food şəbəkəsində bağırsaq çöpləri infeksiyası xəstəliyinə yoluxmuş bir nəfər ölüb, daha on nəfər isə xəstəxanaya yerləşdirilib.

 

Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi (CDC) məlumat yayıb.

 

"Oktyabrın 22-nə olan məlumata görə, 10 ştatda “E. coli O157:H7” ştammı ilə bağlı 49 hadisə qeydə alınıb", - məlumatda deyilir.

 

Mərkəzin məlumatına görə, ilk hallar sentyabrın 27-də qeydə alınıb. 28 yoluxmuş şəxs haqqında rəsmi məlumat mövcuddur. Bakteriyanın yaratdığı hemolitik-uremik sindromun inkişafı nəticəsində Koloradoda bir nəfər ölüb.

 

Epidemioloji məlumatlara görə, “McDonald's”-a gələn qonaqlar “Kral Çizburgeri”ndən zəhərləniblər. İlkin məlumata görə, bakteriyaların soğanın tərkibində olması ehtimal olunur.

 

APA

Tarix: 23 Oktyabr 2024, 06:09   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin