BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstanda hökumət çevrilişinə hazırlıqlar davam edir

Bir çox şey Gürcüstanda hökumət çevrilişinə hazırlıqların davam etdiyini göstərir.

 

Bunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili deyib.

 

“Bir çox şey göstərir ki, oktaybrın 27-nə və qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqlar davam edir. Bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır”, - Papuaşvili deyib.

 

Spiker, həmçinin, müxalifətin seçki kampaniyasının ölkə xaricindən idarə olunduğunu əlavə edib.

 

Xatırladaq ki, oktyabrın 26-da Gürcüstanda parlament seçkiləri baş tutacaq.

 

APA

Tarix: 23 Oktyabr 2024, 11:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin