BURADA REKLAMINIZ OLA
BİLƏR

Türkiyədə terror aktı nəticəsində 5 nəfər ölüb, 19 nəfər yaralanıb - VİDEO - YENİLƏNDİ - 3

TUSAŞ-da terror hücumu zamanı ölənlərin sayı 5-ə çatıb.

 

Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

 

O qeyd edib ki, 2-si ağır olmaqla 19 yaralı vətəndaşın isə müalicəsi davam edir. Nazir həmçinin, ilkin araşdırmalara əsasən terror aktının PKK tərəfindən törədildiyini əlavə edib.

 

APA

 

***

19:40

 

Ankarada terror aktı nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb.

 

Bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.

 

***

18:57

 

Ankaranın Kahramankazan rayonunda yerləşən Türk Aviasiya və Kosmik Sənaye Şirkətində (TUSAŞ) hücumu həyata keçirən 3 terrorçudan ikisi zərərsizləşdirilib.

 

Digər terrorçunun zərərsizləşdirilməsi istiqamətində polis xüsusi təyinatlıları əməliyyatı davam etdirir.

 

Türkiyə Respublikası Baş Prokurorluğu terror aktı ilə bağlı araşdırma başladıb.

 

***

 

17:41

 

Ankarada hərbi təyyarə və kosmik vasitələrin istehsalçısı olan TUSAŞ korporasiyasının binası yaxınlığında partlayış baş verib.

 

Bu barədə İHA agentliyi məlumat yayıb.

 

Partlayışın səbəbləri hələ məlum deyil.

 

Ankarada, Qəhrəmankazan rayonunda TUSAŞ-ın istehsalat müəssisəsində partlayış baş verib, atışma səsləri də eşidilir.

 

APA

 

Tarix: 23 Oktyabr 2024, 23:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin