BURADA REKLAMINIZ OLA
BİLƏR

TƏBİB Bəhram Bağırzadə ilə bağlı məlumat yaydı

TƏBİB Bəhram Bağırzadə ilə bağlı sosial şəbəkələrdə yayılan videoya münasibət bildirib. 

TƏBİB-dən Pravda.az-a verilən xəbərə görə, son günlər sosial şəbəkələrdə guya Əməkdar artist Bəhram Bağırzadənin pandemiya xəstəxanasında çəkilmiş videosu yayılıb: "Sözügedən videomaterialda hazırda “Yeni Klinika” tibb müəssisəsində müalicə alan 1984-cü il təvəllüdlü vətəndaşın görüntüləri yer alıb. B.Bağırzadə ilə bağlı qeyd edilənlər həqiqəti əks etdirmir".

Qeyd edək ki, əməkdar artist Mərkəzi Gömrük Xəstəxanasında koronavirus infeksiyasından müalicə alır.

Tarix: 16 İyun 2020, 16:33   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin