BURADA REKLAMINIZ OLA
BİLƏR

AZAL-ın vitse-prezidenti: “Düşünmürəm ki, kiminsə biletə görə pula ehtiyacı var”

“Bakı-Naxçıvan-Bakı reysi üzrə uçuşlar üçün bilet satışını onlayn açdığımız zaman ilk 10 dəqiqə ərzində Naxçıvan-Bakı istiqamətində, 30 dəqiqə ərzində iki reys üzrə biletlərin hamısı satıldı”.

 

Bu sözləri "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev deyib.

 

O bildirib ki, növbəti gün ərzində bu istiqamətlərdə iyun ayına olan biletlərin hamısı, hətta iyul ayının ikisinə olan biletlər belə satılıb:

 

“Bildiyimiz kimi, Bakı-Naxçıvan-Bakı reysi üzrə uçuşlarımız iyun ayının 18-dən başlayacaq və həftədə iki reys olmaq şərtilə həyata keçiriləcək. Elə ilk gün Bakı-Naxçıvan-Bakı istiqamətində 2 reys yerinə yetirəcəyik. Ondan sonra da hər həftənin 2-ci və 4-cü günləri gündə bir reys olmaqla uçuşları həyata keçirməyi planlaşdırırıq. Satışın onlayn qaydada belə sürətli getməsi bir çox şikayətlərin ortaya çıxmasına səbəb oldu. İnternetlə əlaqədar olan gənc nəsil daha tez biletləri ala bildi və yaşlı, xəstə insanlar fürsətdən faydalana bilmədi. Ona görə də, biz iyulun 7-dən başlayaraq onlayn satışı dayandırdıq”.Qafqazinfo

Tarix: 16 İyun 2020, 17:36   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin