Reklam

Cümşüd Nuriyev yenə üzr istədi – Bu dəfə Qarabağ qazisindən

Sabiq deputat Cümşüd Nuriyev SPACE televiziyasında yayımlanan “Sadə həqiqətlər” verilişində səsləndirdiyi ifadələrə görə Qarabağ qazilərindən üzr istəyib.

 

Pravda.az-ın xəbərinə görə, C.Nuriyev efirdə yanlışlığa yol verdiyini açıqlayıb.

 

“SPACE televiziyasında yayımlanan "Sadə həqiqətlər" verilişində qazi Əzizağa Süleymanovu şəxsən tanımadığımı elan etdim. Bilmədiyimə görə qazi Əzizağa bəyin Azərbaycan Milli Qvardiyanın komandiri olduğunu deməmişəm. Bu mənim səhvim olduğu üçün Əzizağa Süleymanovdan üzr istəyirəm. Eyni zamanda qarışıq məsələlərə öz qiymətli məlumatları ilə aydınlıq gətirən bütün qazilərimizə, o cümlədən, Ə.Süleymanova, A.Kərimova, X.Həsənova və digərlərinə minnətdarlığımı bildirirəm” – sabiq deputat qeyd edib.

Tarix: 7 Dekabr 2019, 20:32   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin