BURADA REKLAMINIZ OLA
BİLƏR

"Tam Store"a yazılan inzibati protokola baxılacaq tarix açıqlandı

"Tam Store" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Balakən Rayon Məhkəməsinin hakimi Hümbət Səlimovun sədrliyi ilə oktyabrın 30-da baxılacaq.

 

Xatırlatma: Gömrük Komitəsi MMC barəsində protokolu İnzibati Xətalar Məcəlləsinin 482.1-ci (Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

Qeyd: "Tam Store" MMC mağazalar şəbəkəsi kimi fəaliyyət göstərir, Ceyhun Yusubovun baş direktor olduğu "Avrora Qrup"a daxildir. Qrupun prezidenti tanınmış iş adamı Ceyhun Abbasovdur. 

 

Xəyal Quliyev

Tarix: 27 Oktyabr 2024, 13:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin