BURADA REKLAMINIZ OLA
BİLƏR

İqtisadçı Bakı Mühəndislik Universitetini məhkəməyə verdi

"Bakı Mühəndislik Universiteti" publik hüquqi şəxsi məhkəməyə verilib.

 

Pravda.az-ın xəbərinə görə, universitetlə bağlı Abşeron Rayon Məhkəməsinə müraciəti iqtisadçı Məqsud Qubadlı edib.

 

Mahiyyəti əmək mübahisəsi olan iş hakim Məlahət Abbasovanın icraatındadır. Növbəti hazırlıq iclası noyabrın 6-da keçiriləcək.

 

Qeyd: Universitetin rektoru professor Havar Məmmədovdur. 

 

Xəyal Quliyev

Tarix: 28 Oktyabr 2024, 08:02   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin