BURADA REKLAMINIZ OLA
BİLƏR

"Arena İnternational" gömrük qaydalarını pozdu

"Arena İnternational" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokolu Dövlət Gömrük Komitəsi İnzibati Xətalar Məcəlləsinin 482.3-cü (Mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir) maddəsinə əsasən tərtib edib.

 

İş Xətai Rayon Məhkəməsinin hakimi Sülhanə Hacıyevanın icraatındadır.

 

Xəyal Quliyev

Tarix: 28 Oktyabr 2024, 08:11   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin