BURADA REKLAMINIZ OLA
BİLƏR

Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzinə yazılan protokola baxılacaq tarix açıqlandı

"Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi" MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.

 

Pravda.az-ın xəbərinə görə, sənədə Nərimanov Rayon Məhkəməsinin hakimi Hafiz Kamranovun sədrliyi ilə noyabrın 6-da baxılacaq.

 

Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 389-cu (Statistik müşahidələrin aparılması üçün zəruri olan məlumatların təqdim edilməməsinə və ya vaxtında təqdim edilməməsinə, yaxud hesabatların təhrif edilməsinə görə üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

Qeyd: Nizamnamə kapitalı 100 manat olan "Referans Medical Group" MMC-nin qanuni təmsilçisi Elgiz Vaqif oğlu Dadaşovdur. MMC-yə Referans Klinik Laboratoriya və Poliklinika Mərkəzi, Leyla Medical Center, LOR Hospital, Referans Ambulans, Referans Estetik Mərkəzi, Referans Eşitmə Mərkəzi, Referans Wellbeing Center, Tolerans Nitq və Psixologiya Mərkəzi, İkinci Nəfəs Siqaret tərgitmə Mərkəzi, 36.6 Med Referans Gəncə , Hepatoloji Mərkəz by Referans Medical Group, ALTRİX Tibbi Təlim Mərkəzi daxildir. Şəbəkənin Rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Cavid Qurbanovun nəzarətində olduğu bildirilir.

 

Xəyal Quliyev

Tarix: 28 Oktyabr 2024, 08:19   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin