BURADA REKLAMINIZ OLA
BİLƏR

Gömrük Komitəsinin zabiti və tələbəsini "KamAZ"la vuraraq öldürən şəxsdən xəbər var

Dövlət Gömrük Komitəsi yanında “Azərterminalkompleks” Birliyinin zabiti və Dövlət Gömrük Akademiyasının tələbəsini yük maşını ilə vuraraq öldürməkdə təqsirləndirilən Firdovsi Eyvazovun barəsindəki qərardan kassasiya şikayəti verilib. 

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Şahin Yusifovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 29-na təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayələr Məhkəməsinin hökmü ilə o, 8 müddətinə azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

 

Qeyd: Hadisə 2022-ci il sentyabrın 23-ü saat 14:30 radələrində paytaxtın Sabunçu rayonu, Maştağa-Zabrat yolu ilə hərəkətdə olarkən "Azərterminalkompleks" Birliyinin qarşısında qeydə alınıb. Belə ki, Eyvazov Firdovsi Əliş oğlunun idarə etdiyi "KamAZ" markalı avtomobil piyada Əzizli Elvin Şahin oğlunu və Birliyinin Analitik Şöbəsində inspektor vəzifəsində işləyən, gömrük xidməti kiçik leytenantı Rəsulova Sevgi Arzu qızını vurub. Nəticədə onlar aldıqları xəsarətlərdən hadisə yerində ölüblər. Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində Cinayət Məcəlləsində 263.3-cü (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

 

Kamal Məmmədov

Tarix: 28 Oktyabr 2024, 09:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin