BURADA REKLAMINIZ OLA
BİLƏR

Uşaq bağçasında qətl törədən şəxs yenidən məhkəmə qarşısında

Bakıda qətldə təqsirləndirilən Kamran Məmmədlinin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib. 

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin İlkin Rəcəbovun sədrliyi ilə araşdırılacaq. 

 

Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 29-na təyin edilib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə K.Məmmədli 10 il azadlıqdan məhrum edilib.

 

İttihama görə, Bakı şəhər sakini Kamran Məmmədli şəxsi münaqişə nəticəsində tanışı Rəsul Cavadzadə ilə mübahisə edib. Mübahisə Bakı şəhəri ərazisindəki uşaq bağçasının həyətində davaya çevrilib. Dava nəticəsində K.Məmmədli R.Cavadzadəni 4 bıçaq zərbəsi ilə qətlə yetirib.

 

K.Məmmədliyə qarşı Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) maddəsi ilə ittiham verilib.

 

Kamal Məmmədov

Tarix: 28 Oktyabr 2024, 10:00   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin