BURADA REKLAMINIZ OLA
BİLƏR

Gənci intihar həddinə çatdıran şəxs azadlığa çıxa bilmədi – QƏRAR

Ali Məhkəmədə Yevlaxda özünü öldürmə həddinə çatdırma və şahidi yalan ifadə verməyə məcbur etməkdə təqsirləndirilən Zaur Təhməzovun barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

 

Qərara əsasən, şikayət təmin edilməyib. 

 

Xatırlatma: Yevlax rayon Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

 

Qeyd: 2022-ci il sentyabrın 29-da Yevlax rayon sakini, 2007-ci il təvəllüdlü Ramil Əliyevin (şərti) Yevlax-Bərdə yolunun üzərində quraşdırılmış körpünün üzərinə çıxaraq oradan intihara cəhd etməsi faktı ilə bağlı Yevlax Rayon Prokurorluğunda araşdırma aparılıb. Araşdırmalarla barəsində məhkəmədə cinayət işi olan Zaur Təhməzovun Ramil Əliyevə sağlamlığına zərər vurmaq hədəsi ilə hədə-qorxu gəlib barəsində məhkəmədə yalan ifadə verməyə məcbur etməsi səbəbindən sonuncunun intihara cəhd etməsinə əsaslı şübhələr müəyyən edildiyindən fakta görə Cinayət Məcəlləsinin 299.2 (şahidi, zərərçəkmiş şəxsi yalan ifadə verməyə məcbur etmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Zaur Təhməzov Cinayət Məcəlləsinin qeyd edilən maddələri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

 

Kamal Məmmədov

 

 

 

 

 

 

Tarix: 30 Oktyabr 2024, 10:08   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin