BURADA REKLAMINIZ OLA
BİLƏR

Zərdab rayon Məşğulluq Mərkəzinin sabiq direktoruna elektron qolbaq taxıldı

Ali Məhkəmədə mənimsəmədə təqsirləndirilən Ədalət Rəhimovun barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Teyyub Muxtarovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, Ədalət Rəhimov 2013-2019-cu illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin Zərdab rayon Məşğulluq Mərkəzinin direktoru vəzifəsində çalışıb.


Belə ki, o, 2017-ci ildə dövlət büdcəsindən kassa xərclərinin sifarişi əsasında Mərkəzə ayrılmış 31 094,7 manat məbləğində puldan faktiki olaraq 22 084 manat məbləğində maddi aktivin verilib qiymətlərin şişirdilməsi ilə 9 010,7 manatı mənimsəyib.


Zərdab Rayon Məhkəməsinin hökmü ilə Ədalət Rəhimova 4 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib. Şəki Apellyasiya Məhkəməsi apellyasiya protestini təmin etməyib, Ədalət Rəhimovun şikayətini qismən təmin edib. Zərdab Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli hökmü dəyişdirilib. Hökmdən məhkumun Cinayət Məcəlləsinin (CM) 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirli bilinməsinə və cəzalandırılmasına, habelə CM-in 66.2-ci maddəsinə əsasən - cinayətlərin məcmusu qaydasında cəzanın təyin edilməsinə dair müddəalar xaric edilib. Hökm qalan hissədə dəyişdirilmədən saxlanılıb. 

 

Kamal Məmmədov 

Tarix: 30 Oktyabr 2024, 10:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin