BURADA REKLAMINIZ OLA
BİLƏR

Zarafat üstündə həmkəndlisini bıçaqlayan şəxslə bağlı QƏRAR

Gəncə Apellyasiya Məhkəməsində Bərdədə həmkəndlisinə xəsarət yetirməkdə təqsirləndirilən Mürvət Qarayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Əlizamin Abdullayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


Xatırlatma: Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə ona 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Təqsirləndirilən şəxsin barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri həbs qətimkan tədbirinə dəyişdirilib və Mürvət Qarayev məhkəmə iclas zalından dərhal həbs olunub.


İttihama görə, hadisə 20 may 2023-cü ildə Bərdə rayonu, Gərənə kəndində qeydə alınıb. Belə ki, Mürvət Qarayev Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Nəqşicahan” şadlıq sarayında qonaq kimi iştirak etdiyi toy məclisindən çıxıb. Sonra sarayın qarşısında onunla eyni məclisdə olan həmkəndlisi, zərərçəkmiş Ceyhun İbişov təqsirləndirilən şəxslə zarafat edib, ona nalayiq ifadələr işlədib. Mürvət də bundan əsəbiləşərək Ceyhunun ondan üzr istəməsini tələb edib. Daha sonra o, yaşadığı Bərdə rayonu, Gərənə kəndinə gedib evdən kəsici-deşici alət götürüb zərərçəkmiş şəxsin yaşadığı ünvana gedib. Nəticədə Mürvət Ceyhunun qarın nahiyəsinə qəsdən 1 dəfə zərbə vuraraq ona xəsarət yetirib.


Hadisədən sonra Mürvət Qarayev saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

 

Kamal Məmmədov 

Tarix: 30 Oktyabr 2024, 10:35   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin