BURADA REKLAMINIZ OLA
BİLƏR

Səfərbərlik Xidməti məlumat yaydı

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) təşkilatçılığı, Daşkəsən rayon İcra Hakimiyyətinin dəstəyi ilə 8 noyabr – Zəfər Günü ərəfəsində Daşkəsən şəhərində yerləşən Anar Mürsəlov adına 2 saylı tam orta məktəbdə tədbir keçirilib.

 

Dövlət Xidmətindən verilən məlumata görə, “Vətənpərvər Azərbaycan gəncliyi – bu günün və sabahın qurucusu: zərərli vərdişlərə YOX deyir” mövzusunda keçirilən görüşdə Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Orxan Abbasov, Vətən Müharibəsi iştirakçıları, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, məktəblilər və digər nümayəndələr iştirak ediblər.

 

Tədbirdə çıxış edən SHXÇDX-nin Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov müharibə zamanı gənclərin vətənpərvərliyindən danışıb, sabahın əsgəri olacaq çağırışçıların fiziki və psixoloji statuslarının yüksək səviyyədə saxlanılmasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb. Həmçinin yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği, onların həyat üçün zərərli vərdişlərdən uzaqlaşdırılması istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verilib.

 

Vətən müharibəsi iştirakçısı, baş leytenant Ceyhun Əliyev isə 44 günlük Vətən müharibəsi ilə bağlı xatirələrini bölüşüb, gənclərə dəyərli tövsiyələr verib. Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb və onların iştirakı ilə səhnələşdirilən vətənpərvərlik mövzusunda olan ədəbi-bədii kompozisiya nümayiş olunub.

Tarix: 30 Oktyabr 2024, 10:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin