BURADA REKLAMINIZ OLA
BİLƏR

Doğum evinin mühafizəçisini döyən şəxslə bağlı qərar çıxarıldı

Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Emin Mustafayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zaur Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.


Qərara əsasən, şikayət təmin edilməyib.


İttihama görə, hadisə 10 fevral 2024-cü il tarixdə, saat 10:25 radələrində Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 2 nömrəli doğum evində qeydə alınıb.


Belə ki, Emin Mustafayev idarə etdiyi “Toyota Corolla” markalı avtomobili müvafiq icazə almadan həmin tibb müəssisəsinin inzibati ərazisinə daxil etmək istəyib. Bu zaman ona qurumun mühafizəçi vəzifəsində çalışan zərərçəkmiş Aydın Musayev öz iradını bildirib. Sonra təqsirləndirilən şəxs fiziki zor tətbiq edib şillə zərbəsi ilə onun sifət nahiyəsinə zərbə vurub.


Hadisədən sonra Emin Mustafayev saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.


Sabunçu Rayon Məhkəməsinin hökmü ilə ona 1500 manat miqdarında cərimə cəzası təyin edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib. 

Kamal Məmmədov 

Tarix: 30 Oktyabr 2024, 10:42   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin