BURADA REKLAMINIZ OLA
BİLƏR

Gürcüstan Baş Prokurorluğu seçki saxtakarlığı iddialarına görə prezidenti dindirməyə çağırdı

Gürcüstanın Baş Prokurorluğu seçki saxtakarlığı iddialarına görə, prezident Salome Zurabişvilini dindirməyə çağırıb.

 

Bu barədə qurumun bəyanatında bildirilib.

 

Bildirilib ki, Gürcüstanın Baş Prokurorluğu oktyabrın 30-da Mərkəzi Seçki Komissiyasının (MSK) müraciəti əsasında prezident, müxalif siyasi partiyalar və yerli müşahidəçilər tərəfindən son parlament seçkilərindən sonra seçki saxtakarlığı iddiaları ilə bağlı araşdırmaya başlayıb. Prokurorluğun məlumatına görə, Prezident Salome Zurabişvili oktyabrın 31-də dindiriləcək.

 

“Prokurorluq MSK-nın tələbinə uyğun olaraq, Gürcüstan prezidentinin, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin qeyd etdiyi faktların araşdırılması üçün bütün zəruri istintaq və prosessual fəaliyyətləri həyata keçirəcək. Saxtakarlıq fəaliyyəti ilə bağlı məlumatı ola biləcək bütün maraqlı tərəflər istintaq çərçivəsində dindiriləcək”, - deyə Prokurorluğun məlumatında deyilir.

 

APA

Tarix: 30 Oktyabr 2024, 12:46   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin