BURADA REKLAMINIZ OLA
BİLƏR

Nazir müavini: "Qarşımızda duran əsas vəzifə COP29-a gələn qonaqların xəstəliklərini müəyyən etməkdir..."

"COP29-un yüksək səviyyədə keçirilməsi üçün lazımi hazırlıq işləri görülüb. Söhbət 10 minlərlə xarici qonaqdan gedir. Buna görə də müxtəlif xəstəliklərin aşkarlanması üzərimizə düşür. Səhiyyə Nazirliyi və aidiyyəti qurumlar koordinasiyalı hazırlıq işləri aparır. Mümkün görülə biləcək işlər iki yerə bölünür  - profilaktik və müalicə üsulu. Əsas məqsəd yayıla biləcək xəstəliklərin qarşısının alınmasıdır. Nəzərə almaq lazımdır ki, tədbirə dünyanın bütün ölkələrindən qonaq gələcək.  Müxtəlif infeksion xəstəliklərin yayıldığı Afrika, Asiya, Latın Amerika ölkələri və s. Bunun üçün zəruri işlər görülüb. Qarşımızda duran əsas vəzifə gələn qonaqların tədbirə giriş nöqtəsində xəstəliklərini müəyyən etməkdir. Beynəlxalq Hava Limanında şübhəli şəxslər yoxlanışa alınacaq. Şübhəli şəxsin təcridi və müalicəsi təşkil olunacaq".

 

Pravda.az xəbər verir ki, bu sözləri səhiyyə nazirinin müavini Nadir Zeynalov COP29 konfransı çərçivəsində keçirilən tibbi xidmətlərin təşkilinə həsr olunmuş brifinqdə deyib.

 

"Meymun çiçəyi ilə bağlı şübhəli hal olarsa, aşkarlanması və müalicəsi üçün tam imkanımız var. COVİD19-la bağlı da lazımi diaqnostik testlər hazırdır. Qonaqlarla rastlaşa biləcək vətəndaşlarımızın təhlükəsizliyinin təmini də diqqətdədir. Yüksək keyfiyyətli qrip əleyhinə peyvəndlər poliklinikalara paylanılıb", - nazir müavini bildirib.

 

Aytəkin Qardaşova

Tarix: 30 Oktyabr 2024, 15:39   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin