BURADA REKLAMINIZ OLA
BİLƏR

Səhiyyə Nazirliyi meymunçicəyi virusunun aşkarlanması üçün PCR kitləri alır

Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin Təminat Mərkəzinin keçirdiyi tender müsabiqəsinin qalibi “Labservis LTD” MMC olub.

 

Nazirlik meymunçicəyi (MONKEYPOX ) virusunun aşkarlanması üçün PCR kitlərinin satın alınmasına görə “Labservis LTD” MMC-yə 106 min 554 manat ödəyəcək.

 

Məlumat üçün bildirək ki, “Labservis LTD” MMC 6 aprel 1994-cü il tarixində dövlət qeydiyyatına alınıb. Hüquqi ünvanı Nəsimi rayonu, Səməd Vurğun, ev 81, m. 2-də yerləşən “Labservis LTD”nin nizamnamə kapitalı 2 400 manat təşkil edir. “Labservis LTD”in qanuni təmsilçisi Şahbazova Roza Qafar qızıdır.

 

Qeyd edək ki, Şahbazova Roza Qafar qızının qanuni təmsilçi olduğu başqa bir şirkət - "Eurolab” MMC-dir. Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 88 ünvanında yerləşən "Eurolab” MMC-nin nizamnamə kapitalı 500 manat təşkil edir./Yeniavaz.com 

Tarix: 4 Noyabr 2024, 16:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin