BURADA REKLAMINIZ OLA
BİLƏR

“Yelo Bank” gələn aydan komissiya haqqı tutacaq

“Yelo Bank” mövcud kart tarifləri üzrə dəyişikliklər edir. İqtisadiyyat.az xəbər verir ki, bu barədə bank müvafiq qərar qəbul edib.

 

Belə ki, 4 dekabr 2024-cü il tarixindən etibarən kənar terminallarda Yelo kart hesablarına komissiyasız mədaxil limiti maks. 2000 AZN (ekv.) təşkil edəcək.

 

Ay ərzində 2000,01 AZN (ekv.) məbləğdən artıq mədaxil olduqda isə 1% komissiya haqqı tətbiq olunacaq.

 

Xatırladaq ki, sözügedən limit məbləği hazırda 3000 manatdır.

Tarix: 4 Noyabr 2024, 17:22   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin