BURADA REKLAMINIZ OLA
BİLƏR

Şirkət direktorunu 25 min manat cərimə gözləyir

"AZRİB" MMC-nin qanuni təmsilçisi Ələsgərov Bayram İqaf oğluna inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.

 

O, protokoldan şikayət verib. İşə Göygöl Rayon Məhkəməsinin hakimi Mübariz Məmmədovun sədrliyi ilə baxılacaq.

 

Xəyal Quliyev

Tarix: 5 Noyabr 2024, 08:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin