BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə 2 yaşlı övladını öldürmək istəyən şəxslə bağlı qərar çıxardı

Ali Məhkəmədə iki yaşlı oğluna xəsarət yetirməkdə təqsirləndirilən Saqi Kərimovun barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.  

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Nazim Mövsümovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.

 
Qeyd: Hadisə 2022-ci il noyabrın 23-də Səbail rayon ərazisində qeydə alınıb. Yevlax rayon sakini, 1990-cı il təvəllüdlü Saqi Kərimov 1976-cı il təvəllüdlü qayınanasına yüngül və 2020-ci il təvəllüdlü oğluna isə daxilə nüfuz edən, sonra özünün boğaz nahiyəsinə bıçaqla xəsarət yetirib. Polis əməkdaşlarının keçirdiyi tədbirlərlə S.Kərimova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsinin Saqi Kərimov 14 il 6 ay azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.

 

Kamal Məmmədov

Tarix: 5 Noyabr 2024, 09:27   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin