Yalnız yaxın vaxtlarda xaricə səyahət etməyi planlaşdıranlar üçün dollara sərmayə qoymaq sərfəlidir. Qənaət etməyin daha sərfəli yolları var. Musavat.com xəbər verir ki, bu fikirləri maliyyəçi və risklərin idarə edilməsi üzrə rusiyalı mütəxəssis Yekaterina Katalina bildirib. Bundan əvvəl məlum olmuşdu ki, ruslar məzənnə 60-70 rubla düşərsə, dollar almağa hazırdırlar. Bu nəticələri Bankiros.ru sorğusu göstərib. Bununla belə, Katalina qeyd edib ki, belə bir proqnozu real adlandırmaq olmaz.
Bir qayda olaraq, onun sözlərinə görə, ekspertlər proqnozlar verərkən adətən ixrac olunan faydalı qazıntıların, neftin, qazın, metalların qiymətləri kimi mühüm amillərə diqqət yetirirlər və bu gün bütün bu göstəricilər gözlənilən kəskin azalmaya işarə etmir.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Reşetnikov qeyd edib ki, 2025-ci ildə orta illik məzənnə bir dollar üçün 96 rubl səviyyəsində qalacaq.
“Birja ticarətinin olmaması səbəbindən bu gün valyuta bazarının tutumu azalıb. Hazırkı xarici iqtisadi şəraitdə dolların məzənnəsini 60-70 rubla endirmək mümkün deyil”.
Belə ki, həmsöhbət əlavə edib ki, bu gün dollar və avro almaq ancaq xaricə səfərə gedənlər üçün doğrudur. “Dollardan daha sərfəli əmanət alətləri var”,- deyə Katalina bildirib.
“Bunlar xarici valyuta aktivləri, yuanla ifadə olunmuş istiqrazlardır. Yuan birja ticarətində ən likvid valyuta hesab olunur. Rubl depozitləri, kriptovalyuta, Rusiya qiymətli kağızları və qiymətli metallar da gəlirlidir - tarixən qızıl dollar və avrodan qat-qat sərfəli olub.
Ümumiyyətlə, noyabr ayı ərzində bir dolların qiyməti 95-105 rubl arasında dəyişə bilər. Bununla belə, bu kurs Rusiya Federasiyasının büdcəsi üçün faydalıdır, çünki dövlətə bütün sosial öhdəlikləri yerinə yetirməyə kömək edir. Rusiya Federasiyası əsas gəlirini xarici ticarətdən alır və yüksək məzənnə ilə bu mənfəəti daha çox rubla dəyişə bilər".
Bəs Azərbaycanda əmanətləri dollardan başqa necə saxlamaq sərfəlidir? Qeyd etmək yerinə düşər ki, son dövrlər insanlar arasında bir ajiotaj var. Bir çoxları banklarda olan əmanətlərini geri götürür. Misal üçün, “Premium Bank”ın depozit portfelində 54 milyon manat azalma qeydə alınıb, burada 40 milyon manatı fiziki şəxslərin geri çəkdiyi vəsaitdir. “Bank BTB” və “Accessbank” da depozit portfellərində ciddi azalma müşahidə edilən banklardandır. “Accessbank”da xüsusən fiziki şəxslərin 24 milyon manata yaxın vəsaitini geri çəkdiyi bildirilib.
Bu prosesin səbəbləri sırasında devalvasiya ehtimalı və bank sistemində müəyyən inamsızlıq kimi iqtisadi risklər göstərilir. Əhali öz vəsaitlərini xarici valyutada saxlamağa üstünlük verir və bankların əməliyyatlarında ehtiyatlı davranması diqqət çəkir. Həmçinin bəzi iqtisadi amillər, məsələn, depozitlərdən alınan gəlir vergisi də əhalinin banklardan çəkilməsi qərarını təsirləndirir. Ekspertlərə görə, bu hallar əhalinin bank sektoruna etibarının zəifləməsinə səbəb olub və iqtisadiyyata mənfi təsir göstərə bilər.
Bəziləri hesab edir ki, hazırda ən uğurlu sərmayə qızıl alışıdır. Yeri gəlmişkən, qızılın qiyməti son dövrlər rekord həddə artıb və hələ uzun müddət belə davam edəcəyi gözlənilir. Bəs ekspertlər necə düşünür, hazırda dünyada gedən qlobal proseslərin, Yaxın Şərqdə müharibələr, ABŞ-da keçirilən prezident seçkisinin fonunda yerli və xarici valyutaları nələr gözləyir? İnsanlar əmanətlərini hansı şəkildə saxlasalar risklərdən uzaq olarlar?
İqtisadçı Eyyub Kərimli mövzu ilə bağlı fikirlərini “Yeni Müsavat”la bölüşüb: “Mən hesab edirəm ki, artıq dünya dəyişir. Dünyada investisiya alətləri, səhmlər, kriptovalyutalar istifadə olunur, fəaliyyət göstərir. Artıq hər hansı bir vəsaiti və depoziti yalnız dollarla saxlamaq artıq keçmiş bir ənənədir. Bu gün müasir, geniş alətlər var. Təəssüf ki, Azərbaycanda qiymətli kağızlar bazarı, səhm təşkilatları çox inkişaf etməyib. Buna baxmayaraq, geniş bank alətləri var ki, insanlar orada öz vəsaitlərini saxlaya bilərlər, artıra bilərlər. Bizdə ənənəvi olaraq yalnız qızıl və xarici valyuta, bəzən də daşınmaz əmlaka yatırım qoyulur. Bu, köhnədən qalan üsuldur, həm də digər sahələrdə imkanlar məhdud olduğundan insanlar daha çox bu istiqamətə yönəlir. Amma qeyd etdiyim kimi, yeni, müasir alətlər var. Bu gün insanların bank kartları vasitəsilə müəyyən investisiyalar etmək imkanı var. Xarici şirkətlərin səhmlərini almaq olar, böyük şirkətlər var. Böyük beynəlxalq şirkətlərin, məsələn, "Microsoft", “Coca-Cola”, “Pepsi” və “Adidas” kimi brendlərin səhmlərini almaq artıq əlçatan olduğundan, fərdi investorlar dividentlərdən və qiymət artımlarından faydalana bilərlər. Kriptovalyutalar sahəsində də geniş imkanlar varr, amma təbii ki, bunların daha dəyişkən və riskli olduğunu nəzərə almaq vacibdir. Yetər ki, insanların maliyyə savadları olsun, bu istiqamətdə müəyyən biliklərinin olması vacibdir. Buna görə də maliyyə bazarlarında uğurlu olmaq üçün müəyyən biliklərin əldə edilməsi və bu sahədə təcrübəsi olan peşəkarlarla əməkdaşlıq etmək faydalıdır. Azərbaycanda maliyyə savadlılığı və investisiya üzrə biliklərin artırılması, həmçinin müasir investisiya alətlərinə çıxış imkanlarının genişləndirilməsi ölkə iqtisadiyyatına yeni nəfəs gətirə bilər".
İqtisadçı -alim Vüsalə Əhmədova da mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqlayıb: “Sərfəli investisiya vasitələrindən danışarkən ölkələrin bir-biriləri ilə müqayisə edilməsini doğru saymıram. Ölkələr arasında o qədər iqtisadi və ya sosial fərqlər var ki, bir ölkədə sərfəli olan vasitə digərlərində yüksək risk daşıya bilər və ya ümumiyyətlə aktual olmaya bilər. Məsələn, ölkəmizdə vətəndaşlar daha çox dollara investisiya edirlər, çünki daha az riskli olduğunu düşünürlər. İnvestisiya etməyi düşünən şəxs istər uzunmüddətli, istərsə də qısamüddətli investisiya aləti seçsin, mütləqdir ki, müəyyən riskləri hesablamalıdır. İnvestisiya alətlərinin riskləri dəyişkəndir. Aşağı risk dərəcəsi ilə investisiya etmək istəyən şəxslərin bir neçə fərqli məlum variantı var. Bunlar: müddətli depozitlər, dövlət istiqrazları, qızıl, xarici valyuta, kriptovalyuta, səhmlər, repo, investisiya fondları, likvid fondlar, daşınmaz əmlak və s. Onların hər birinin də müxtəlif üstünlükləri və mənfi cəhətləri var. Əmanətləri saxlayacağımız bir çox variant olsa da, hər kəsin maliyyə vəziyyəti və riskə qarşı dözümlülüyü fərqlidir. Buna görə də Azərbaycan üçün ən məqbul investisiya vasitəsinin müəyyən edilməsi, ümumiyyətlə dollara alternativ təhlükəsiz alətlərə müraciət etmək lazımdır. Bu səbəbdən mən ən məqbul variantın qızıl olduğunu düşünürəm. İnvestorlar portfellərini diversifikasiya etmək və risklərini azaltmaq üçün qızıla müraciət edə bilərlər. Çünki inflyasiyaya qarşı müqavimətlidir, iqtisadi qeyri-müəyyənlik və ya qlobal böhran şəraitində etibarlı vasitə sayıla bilər. Aşağı riskli investisiya aləti olaraq qızıl digər investisiya alətlərindəki dalğalanma və risklərlə müqayisədə daha stabil performans nümayiş etdirir. Hər şeydən əvvəl, qızıl likvid aktivlər arasında yer alır, çünki bütün dünyada qəbul edilir və alınıb satıla bilir, bu da investorlara qızılı asanlıqla nağd pula çevirməyə imkan verir. Qızıla iki fərqli üsulla investisiya edilir əsasən. Birinci üsul, birbaşa qızıl külçə və ya sikkələr ya da qızıl zinət əşyalarının alınmasına əsaslanır. İkinci üsul isə birja fondlarından qızılla ticarətə əsaslanır. Yəni qızıl fyuçersləri, qızıl fondları kimi maliyyə alətləri seçilə bilər. Fiziki qızıla sahib olmaq birbaşa rezerv kimi görünür, ancaq maliyyə alətləri daha likviddir. Qızıla əsaslanan rəqəmsal aktivlərə müraciət etmək, qızılı rəqəmsal hesabda almaq, saxlamaq və idarə etmək daha sürətli baş verdiyi üçün çeviklik baxımından faydalıdır. Qızılın fiziki saxlanması isə oğurluq və ya zədələnmə kimi risklər daşıyır. Rəqəmsal qızıl bu cür risklərə qarşı daha təhlükəsizdir".
Qızıl zinət əşyalarına investisiya qoyulmasına gəlincə, ekspert əlavə edib ki, zərgərlik məmulatlarının saf qızıl tərkibi az olduğu üçün alqı-satqı əməliyyatlarında dəyər itkisinə səbəb olur: “Bundan əlavə, qızıl zinət əşyalarının likvidliyi digər qızıl investisiya variantlarından aşağıdır. Qızıl ümumiyyətlə uzunmüddətli investisiya vasitəsi kimi qəbul eadilə bilər. Qiyməti qısamüddətli dalğalanmalara məruz qalır, lakin uzun zamanda öz dəyərini qorumağa meyllidir. Ona görə də qızıla sərmayə qoyarkən uzunmüddətli perspektivi qəbul etmək məsləhətdir. Qızıl qiymətləri ümumilikdə qlobal iqtisadi vəziyyətə həssasdır. İnflyasiya, faiz dərəcələri, valyuta məzənnələri və digər iqtisadi göstəricilər qızıl qiymətlərinə təsir göstərir. Ona görə də iqtisadi xəbərləri, proqnozları izləmək mütləqdir. Bundan əlavə, kriptovalyutanı da sərfəli investisiya vasitəsi hesab etmək olar. Kriptovalyuta sistemində Mərkəzi Bank kimi nəzarət mexanizmi, əsas bank əməliyyatlarını həyata keçirən qurum və ya şəxs olmadığı üçün bir qədər diqqətli seçim etmək lazımdır. Ən güclü kriptovalyuta bitkoin hesab edilir. Bundan başqa, ethereum, ripple kimi alt koinlərə də investisiya edilə bilər”.
9 Dekabr 00:33
9 Dekabr 00:32
8 Dekabr 23:41
8 Dekabr 23:30
8 Dekabr 22:10
8 Dekabr 21:32
8 Dekabr 21:00
8 Dekabr 20:56
8 Dekabr 20:51
8 Dekabr 20:48
8 Dekabr 19:30
8 Dekabr 19:09
8 Dekabr 18:48
8 Dekabr 18:46
8 Dekabr 18:43
8 Dekabr 17:55
8 Dekabr 17:52
8 Dekabr 17:50
8 Dekabr 16:28
8 Dekabr 16:04
8 Dekabr 15:59
8 Dekabr 15:43
8 Dekabr 15:16
8 Dekabr 14:36
8 Dekabr 14:34
8 Dekabr 14:32
8 Dekabr 14:30
8 Dekabr 14:29
8 Dekabr 14:24
8 Dekabr 12:56
8 Dekabr 12:54
8 Dekabr 12:51
8 Dekabr 12:48
8 Dekabr 12:45
8 Dekabr 12:43
8 Dekabr 12:41
8 Dekabr 12:38
8 Dekabr 12:19
8 Dekabr 12:16
8 Dekabr 12:15
8 Dekabr 12:01
8 Dekabr 11:59
8 Dekabr 11:47
8 Dekabr 11:42
8 Dekabr 11:39
8 Dekabr 11:07
8 Dekabr 09:13
8 Dekabr 08:33
8 Dekabr 00:33
7 Dekabr 23:59
7 Dekabr 23:47
7 Dekabr 23:06
7 Dekabr 23:01
7 Dekabr 22:56
7 Dekabr 22:54
7 Dekabr 22:22
7 Dekabr 22:14
7 Dekabr 21:32
7 Dekabr 21:11
7 Dekabr 21:07
7 Dekabr 20:07
7 Dekabr 20:05
7 Dekabr 18:51
7 Dekabr 18:49
7 Dekabr 18:48
7 Dekabr 17:49
7 Dekabr 17:47
7 Dekabr 17:33
7 Dekabr 16:49
7 Dekabr 16:46
7 Dekabr 16:00
7 Dekabr 15:52
7 Dekabr 15:08
7 Dekabr 14:46
7 Dekabr 14:22
7 Dekabr 13:54
7 Dekabr 13:52
7 Dekabr 13:25
7 Dekabr 13:16
7 Dekabr 13:14
7 Dekabr 12:24
7 Dekabr 12:15
7 Dekabr 12:14
7 Dekabr 12:12
7 Dekabr 12:10
7 Dekabr 11:21
7 Dekabr 11:18
7 Dekabr 10:29
7 Dekabr 10:15
7 Dekabr 10:13
7 Dekabr 09:49
7 Dekabr 09:10
7 Dekabr 09:08
7 Dekabr 09:04
7 Dekabr 09:01
7 Dekabr 08:57
7 Dekabr 08:53
7 Dekabr 08:48
7 Dekabr 08:47
7 Dekabr 00:28
7 Dekabr 00:24
6 Dekabr 20:54
6 Dekabr 20:52
6 Dekabr 20:50
6 Dekabr 20:44
6 Dekabr 20:32
6 Dekabr 20:25
6 Dekabr 19:56
6 Dekabr 19:50
6 Dekabr 19:43
6 Dekabr 19:17
6 Dekabr 18:52
6 Dekabr 18:40
6 Dekabr 18:38
6 Dekabr 18:34
6 Dekabr 18:32
6 Dekabr 18:18
6 Dekabr 18:15
6 Dekabr 18:11
6 Dekabr 17:54
6 Dekabr 17:38
6 Dekabr 17:23
6 Dekabr 17:16
6 Dekabr 17:10
6 Dekabr 17:00
6 Dekabr 16:39
6 Dekabr 16:31
6 Dekabr 16:23
6 Dekabr 15:49
6 Dekabr 15:30
6 Dekabr 15:23
6 Dekabr 15:19
6 Dekabr 15:11
6 Dekabr 15:09
6 Dekabr 14:58
6 Dekabr 14:37
6 Dekabr 14:22
6 Dekabr 13:37
6 Dekabr 13:31
6 Dekabr 13:30
6 Dekabr 13:27
6 Dekabr 13:24
6 Dekabr 13:20
6 Dekabr 13:01
6 Dekabr 12:28
6 Dekabr 12:24
6 Dekabr 12:22
6 Dekabr 12:04
6 Dekabr 11:59
6 Dekabr 11:39
Ən son xəbərləri səhifəmizdən də izləyin