BURADA REKLAMINIZ OLA
BİLƏR

PA rəsmisi: 2030-cu illəri nəzərdə tutan strategiyada "yaşıl iqtisadiyyat" əsas prioritet kimi nəzərdə tutulub

"Ölkəmizdə sosial-iqtisadi inkişaf üzrə 2030-cu illəri nəzərdə tutan strategiyada yaşıl iqtisadiyyat əsas prioritet kimi nəzərdə tutulub".
 
 
Bunu Prezident Administrasiyasının sektor müdiri Vüsal Şıxəliyev "Azərbaycanın dayanıqlı inkişafı naminə: ESG üzrə vahid platformanın və milli standartın təqdimatı" adlı tədbirdə bildirib.
 
 
O əlavə edib ki, Azərbaycanın strateji baxış sənədi əsas sütunlar üzrə beş əsas mərhələni nəzərdə tutur:
 
 
"Onlardan üçü artıq reallaşdırılıb, digər ikisi isə qarşıdakı dövrdə həyata keçiriləcək. Bugünkü tədbir onu deməyə əsas verir ki,
Azərbaycanda ESG üzrə xeyli yol qət olunub və bu məqsədlə yaradılan işçi qrupu qarşıya qoyulan məqsədlərə nail olub. Bu istiqamətdə vahid platformanın yaradılması qısa müddətdə real nəticənin əldə olunmasına imkan verib. Qarşımızda əsas hədəf o idi ki, bu platforma daha iddialı məqsədlərə doğru irəliləməlidir. Ölkəmizdə növbəti həftə başlayacaq COP29-un gündəliyinə uyğun olaraq ESG standartının qəbulu sahibkarlara imkan verəcək ki, onlar öz fəaliyyətini milli xüsusiyyətlərlə hazırlanmış strategiyaya uyğun həyata keçirsinlər".
 
 
APA
Tarix: 6 Noyabr 2024, 10:52   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin