BURADA REKLAMINIZ OLA
BİLƏR

Məşhur otellərin və restoranların sahibi məhkəməyə verildi

"Azman Holding" MMC məhkəməyə verilib.

 

Pravda.az-ın xəbərinə görə, holdinqlə bağlı Bakı Kommersiya Məhkəməsinə müraciəti "Zəfər Plast" MMC edib.

 

Mahiyyəti alqı-satqı müqaviləsi üzrə mübahisə olan iş hakim Nərmin Əhmədovanın icraatındadır. Növbəti baxış iclası noyabrın 15-də keçiriləcək.

 

Qeyd: "Azman Holding" MMC-nin qanuni təmsilçisi İlham Əhmədov Musa oğludur. Holdinq əsasən tikinti sektorunda fəaliyyət göstərir, 600-dən çox layihə üzrə işləri başa çatdırıb, Bakı bulvarı, “İzmir”, “Dədə Qorqud”, “Liman”, “Zabitlər”, “Motsart” parkları, Dağüstü park, Azərbaycan Texniki Universitetinin, 6, 18, 23, 41 saylı orta məktəblərin, Bakı Fransızliseyinin, Musiqili Komediya Teatrının binaları, Atəşgah Dövlət Tarixi Memarlıq Qoruğu və digər çoxsaylı obyektlərlə bağlı layihələri icra edib. Şirkət biznes sahəsində də iştirak edir. Holdinqə “Sapphire Group” MMC (“Sapphire İNN”, Sapphire City”, “Sapphire Baku”, “Sapphire Bayıl” və “Sapphire Marine” kimi otellər), “City Service Company” MMC (“Nar&Sharab”, “Senator Hall”, “Maxim Hall”,  “Mangal Steakhouse”, “Mangal Milli”, “Mangal Ocaqbaşı”, “Mangal Steak House Zagulba”, “Mangal Events Hall”, “Zuğulba Saray”, “Ball Room”, “Beer Hall”, “JazzClub by BeerHall”, "Ocakbaşı 62 Mangal" kimi restoran, kafe, banket zalları, əyləncə məkanları), "ECOPROD" (Azərbaycanda kənd təsərrüfatı və xüsusi ilə pomidor yetişdirilməsi sahəsində fəaliyyət göstərən şirkətlər), "Judo Club 2012", "TEZ Logistics" şirkətləri daxildir.

 

Xəyal Quliyev

Tarix: 7 Noyabr 2024, 08:03   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin