BURADA REKLAMINIZ OLA
BİLƏR

Lənkəran “Türk dünyasının gənclər paytaxtı” elan edildi

Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilib.

 

Bu barədə qərar bu gün Qırğızıstanın paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.

 

Bişkek sammitinin yekunlarına əsasən, təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçib.

 

Qeyd edək ki, təşkilata üzv ölkələrin liderləri sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsini təsdiqləyiblər.

 

Report

Tarix: 6 Noyabr 2024, 19:44   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin