BURADA REKLAMINIZ OLA
BİLƏR

İşlədiyi evdən 91 min manatlıq oğurluq edən dayə və tanışı ilə bağlı QƏRAR

Sumqayıt Apellyasiya Məhkəməsində Bakıda oğurluqda təqsirləndirilən İlahə Əlipaşayeva və tanışı Baxşəli Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.   

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şikayət təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə İlahə Əlipaşayeva 6 il və Baxşəli Ağayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib. İttihama görə, Bakıda evlərdən birində dayə işləyən İlahə Əlipaşayeva ailənin imkanlı olduğunu görüb və tanışı Baxşəli Ağayevlə cinayət əlaqəsinə girərək evdən 91 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlayıb. 

 

Kamal Məmmədov

Tarix: 7 Noyabr 2024, 09:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin