BURADA REKLAMINIZ OLA
BİLƏR

Məhkəmə piyadanı vuraraq öldürən sürücü ilə bağlı qərar verdi

Ali Məhkəmədə yol qəzası törətməkdə təqsirləndirilən Məhərrəm Ağayevin barəsindəki hökmdən yenidən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara əsasən, şikayət təmin edilməyib.  


 
İttihama görə, hadisə 13 mart 2023-cü il tarixində, saat 20:57 radələrində kı şəhəri, Suraxanı rayonu, Zığ-Hövsan avtomobil yolunda qeydə alınıb. Belə ki, 1987-ci il təvəllüdlü Ağayev Məhərrəm Məhəmməd oğlu idarə etdiyi “Toyota Camry” markalı avtomobillə piyada Qasımova Mehriban Yusif qızını vurub. Nəticədə piyada hadisə yerində ölüb. Hadisədən sonra Məhərrəm Ağayev cinayət məsuliyyətinə cəlb edilib. Suraxanı Rayon Məhkəməsinin hökmü ilə o, 4 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdə qeyd edilib ki, Məhərrəm Ağayev cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. Hökmdən narazı qalan dövlət ittihamçısı apellyasiya protesti və zərərçəkmiş şəxsin hüquqi varisi isə apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişdirmədən qüvvədə saxlayıb.

 

Kamal Məmmədov

Tarix: 7 Noyabr 2024, 09:40   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin