Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə gündə üç dəfə yemək veriləcək. Bunu Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər gündə üç dəfə yemək və maddi-məişət normalarına uyğun, keyfiyyət baxımından müasir gigiyena tələblərinə və qida normalarına cavab verən pulsuz, Mərkəzdə hazırlanmış isti yeməklə təmin edilirlər. Yeməklər hazırlanarkən, Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yaşı, sağlamlıq vəziyyəti və dini ənənələri nəzərə alınır.
Mərkəzdə sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarının tələblərinə uyğun olaraq, zəruri maddi-məişət şəraiti ilə təmin olunurlar. Onların Mərkəzdə insan ləyaqətini alçaldan şəraitdə saxlanılması qadağandır.
Mərkəzdə saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər istifadə sahəsi hər nəfərə dörd kvadrat metrdən az olmayan yaşayış otaqlarında saxlanılır və fərdi çarpayı, habelə yataq ləvazimatları ilə təmin olunurlar.
Mərkəzdə saxlanılan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin münasib paltarı olmadıqda, onlar iqlimə uyğun paltarla təmin edilirlər. Belə paltar insan ləyaqətinə uyğun olmalı, habelə azadlıqdan məhrum etmə növündə cəzaçəkən şəxslərə verilən paltardan fərqlənməlidir.
Qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin yeməkdən imtina etdikdə görüləcək tədbirlər də müəyyənləşir.
Layihəyə əsasən, Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs yeməkdən imtina etdikdə, Mərkəzin rəisi və ya onu əvəz edən şəxs, həkimin iştirakı ilə bunun səbəbini aydınlaşdırmalı, bu barədə dərhal müvafiq icra hakimiyyəti orqanına yazılı məlumat verməlidir.
Yeməkdən imtina etmənin səbəbləri əsaslı olduqda, Mərkəzin rəisi Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs tərəfindən irəli sürülən qanuni tələblərin təmin edilməsi üçün dərhal tədbirlər görür. İrəli sürülmüş tələblərin dərhal təmin edilməsi mümkün olmadıqda, Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə müvafiq izah verilir və həmin tələblərin təmin edilməsi üçün tədbirlər görülür.
Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxs Mərkəz rəisinin və ya onu əvəz edən şəxsin əsaslandırılmış qərarı ilə Mərkəzdə saxlanılan digər əcnəbilərdən və vətəndaşlığı olmayan şəxslərdən ayrı saxlanılır və ona həkim nəzarəti təyin edilir.
Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin Mərkəzdə saxlanılma rejiminin öhdəliklərindən azad edilməsi həkimin tibbi rəyi əsasında həyata keçirilir.
Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbiyə və vətəndaşlığı olmayan şəxsə bu barədə müvafiq qeyd aparılmaqla gündə üç dəfə yemək verilir və ona yeməyi qəbul etmək təklif olunur. Bu təklif rədd edildikdə, yeməkdən imtina yeməklərin gətirilməsi haqqında qeydiyyatın aparıldığı vərəqdə qeyd olunur və həmin vərəq əcnəbinin və vətəndaşlığı olmayan şəxsin şəxsi işinə əlavə edilir.
Yeməkdən imtina edən Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin həyatı üçün təhlükə yarandıqda və o, özü haqqında real qərar qəbul etmək qabiliyyətini itirdikdə, həkimin yazılı rəyinə əsasən və onun iştirakı ilə Mərkəzdə saxlanılan yeməkdən imtina edən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin səhhətinin yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər, o cümlədən həmin şəxsin ləyaqətini alçaltmamaq şərtilə məcburi qaydada qidalandırılması həyata keçirilir.
Mərkəzdə saxlanılan əcnəbinin və vətəndaşlığı olmayan şəxsin yemək qəbulundan imtina etməsi onun digər Mərkəzlərə göndərilməsinə mane olmur. Mərkəzdə saxlanılan yemək qəbulundan imtina edən əcnəbinin və vətəndaşlığı olmayan şəxsin digər Mərkəzlərə göndərilməsi tibb işçisinin müşayiəti ilə həyata keçirilir.
Qanun layihəsi səsverməyə çıxarılaraq birinci oxunuşda qəbul edilib.
9 Dekabr 10:43
9 Dekabr 10:34
9 Dekabr 10:29
9 Dekabr 10:25
9 Dekabr 10:17
9 Dekabr 10:11
9 Dekabr 10:08
9 Dekabr 09:58
9 Dekabr 09:41
9 Dekabr 09:35
9 Dekabr 09:32
9 Dekabr 09:29
9 Dekabr 09:27
9 Dekabr 09:24
9 Dekabr 09:19
9 Dekabr 09:12
9 Dekabr 09:10
9 Dekabr 09:08
9 Dekabr 09:05
9 Dekabr 09:02
9 Dekabr 08:53
9 Dekabr 08:52
9 Dekabr 08:50
9 Dekabr 08:38
9 Dekabr 08:18
9 Dekabr 08:14
9 Dekabr 08:09
9 Dekabr 08:04
9 Dekabr 07:33
9 Dekabr 00:33
8 Dekabr 23:41
8 Dekabr 23:30
8 Dekabr 22:10
8 Dekabr 21:32
8 Dekabr 21:00
8 Dekabr 20:56
8 Dekabr 20:51
8 Dekabr 20:48
8 Dekabr 19:30
8 Dekabr 19:09
8 Dekabr 18:48
8 Dekabr 18:46
8 Dekabr 18:43
8 Dekabr 17:55
8 Dekabr 17:52
8 Dekabr 17:50
8 Dekabr 16:28
8 Dekabr 16:04
8 Dekabr 15:59
8 Dekabr 15:43
8 Dekabr 15:16
8 Dekabr 14:36
8 Dekabr 14:34
8 Dekabr 14:32
8 Dekabr 14:30
8 Dekabr 14:29
8 Dekabr 14:24
8 Dekabr 12:56
8 Dekabr 12:54
8 Dekabr 12:51
8 Dekabr 12:48
8 Dekabr 12:45
8 Dekabr 12:43
8 Dekabr 12:41
8 Dekabr 12:38
8 Dekabr 12:19
8 Dekabr 12:16
8 Dekabr 12:15
8 Dekabr 12:01
8 Dekabr 11:59
8 Dekabr 11:47
8 Dekabr 11:42
8 Dekabr 11:39
8 Dekabr 11:07
8 Dekabr 09:13
8 Dekabr 08:33
8 Dekabr 00:33
7 Dekabr 23:59
7 Dekabr 23:47
7 Dekabr 23:06
7 Dekabr 23:01
7 Dekabr 22:56
7 Dekabr 22:54
7 Dekabr 22:22
7 Dekabr 22:14
7 Dekabr 21:32
7 Dekabr 21:11
7 Dekabr 21:07
7 Dekabr 20:07
7 Dekabr 20:05
7 Dekabr 18:51
7 Dekabr 18:49
7 Dekabr 18:48
7 Dekabr 17:49
7 Dekabr 17:47
7 Dekabr 17:33
7 Dekabr 16:49
7 Dekabr 16:46
7 Dekabr 16:00
7 Dekabr 15:52
7 Dekabr 15:08
7 Dekabr 14:46
7 Dekabr 14:22
7 Dekabr 13:54
7 Dekabr 13:52
7 Dekabr 13:25
7 Dekabr 13:16
7 Dekabr 13:14
7 Dekabr 12:24
7 Dekabr 12:15
7 Dekabr 12:14
7 Dekabr 12:12
7 Dekabr 12:10
7 Dekabr 11:21
7 Dekabr 11:18
7 Dekabr 10:29
7 Dekabr 10:15
7 Dekabr 10:13
7 Dekabr 09:49
7 Dekabr 09:10
7 Dekabr 09:08
7 Dekabr 09:04
7 Dekabr 09:01
7 Dekabr 08:57
7 Dekabr 08:53
7 Dekabr 08:48
7 Dekabr 08:47
7 Dekabr 00:28
7 Dekabr 00:24
6 Dekabr 20:54
6 Dekabr 20:52
6 Dekabr 20:50
6 Dekabr 20:44
6 Dekabr 20:32
6 Dekabr 20:25
6 Dekabr 19:56
6 Dekabr 19:50
6 Dekabr 19:43
6 Dekabr 19:17
6 Dekabr 18:52
6 Dekabr 18:40
6 Dekabr 18:38
6 Dekabr 18:34
6 Dekabr 18:32
6 Dekabr 18:18
6 Dekabr 18:15
6 Dekabr 18:11
6 Dekabr 17:54
6 Dekabr 17:38
6 Dekabr 17:23
Ən son xəbərləri səhifəmizdən də izləyin