BURADA REKLAMINIZ OLA
BİLƏR

Beyin pozuntuları ilə bağlı eksperimentlər nəzarətdən çıxdı: Onlarla meymun laboratoriyadan qaçdı

Cənubi Karolina (ABŞ) sakinləri ciddi təhlükə ilə üzləşiblər. Belə ki, beyin pozuntularının müalicəsi sahəsində apardığı tədqiqatlarla tanınan "Alpha Genesis" şirkətinin araşdırma mərkəzindən 40 təcrübə meymunu qaçıb.

 

Polis dərhal genişmiqyaslı axtarış işlərinə başlayıb və yerli sakinləri ehtiyatlı olmağa çağırıb.

 

Qeyd olunur ki, "Alpha Genesis" şirkəti klinik sınaqlar üçün xüsusi laboratoriyalarda saxlanılan meymunlardan istifadə edirlər. Lakin naməlum səbəblərdən onlarla primat azadlığa çıxmağı bacarıb. Bu, hökumətdə və əhali arasında ciddi narahatlıq yaradıb.

 

"Biz bütün sakinləri meymunların evlərə daxil olmasının qarşısını almaq üçün qapı və pəncərələri bağlı saxlamağa çağırırıq. Heç bir halda onlarla təmasa girməyə çalışmayın", - deyə yerli polisin nümayəndəsi xəbərdarlıq edib.

 

Oxu.az

Tarix: 8 Noyabr 2024, 08:57   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin