BURADA REKLAMINIZ OLA
BİLƏR

Azərbaycanda avtomobil aşdı, sürücünün həyat yoldaşı öldü

Cəlilabadda qəza nəticəsində sürücünün həyat yoldaşı dünyasını dəyişib.

 

Pravda.az-ın xəbərinə görə, qəza Cəlilabad-Boyaxanlı avtomobil yolunda baş verib.

 

Rayonun Adnalı kənd sakini Məmmədbağır Məhəmmədhüseyn oğlu Şirəliyev "Niva" markalı avtomobillə Cəlilabad istiqamətində hərəkətdə olan zaman qəfildən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Bədən sümüklərinin çoxsaylı sınığı və travmatik şok diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Xuraman Şirəliyeva dünyasını dəyişib. Onun meyiti aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.APA

Tarix: 8 Dekabr 2019, 11:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin