BURADA REKLAMINIZ OLA
BİLƏR

Braziliyalı nazir: Gələn il Braziliyada keçiriləcək COP üçün burada müşahidələr aparırıq

“Azərbaycanda təşkil olunan COP29-u çox bəyənirik. Burada hər şey yaxşıdır. Gələn il Braziliyada keçiriləcək COP üçün burada müşahidələr aparırıq”.

 

Bunu Braziliyada yerli xalqların naziri Sonya Quajajara deyib.

 

“Biz torpaqlarımızı qorumaq, daha çox yerli torpaqların sərhədlərini müəyyən etmək, həmçinin xəstəliklərlə mübarizə aparmaq üçün buradayıq. Braziliyada həmin problemlərlə qarşılaşırıq. Biz iqlim dəyişikliyinə, yanğınlara qarşı mübarizə, qeyri-qanuni mədənçilik, meşələrin qırılması, yerli torpaqlarda işğalçılara qarşı mübarizə aparmalıyıq”, - deyə braziliyalı nazir bildirib.

 

Azərtac

Tarix: 12 Noyabr 2024, 21:30   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin