BURADA REKLAMINIZ OLA
BİLƏR

"McDonald`s"da "Halloween" bayramında uşaqların üzünə çəkilən boya müzakirələrə səbəb oldu: "Allergik kontakt dermatiti yarada bilər" - FOTO

Bakıda fəaliyyət göstərən "McDonald`s" restoranlar şəbəkəsində keçirilən "Halloween" bayramında uşaqların üzünə vurulan  bəzəklərin üz boyası ilə deyil, rəsm boyası ilə çəkildiyi iddia olunur. Valideynlər bu cür boyaların uşaqların dərisinə ziyan verməsindən narahatdırlar.

 
Tanınmış dermatoloq Şövqü Salahov Pravda.az-a açıqlamasında deyib ki, uşaq dərisi daha həssas olduğu üçün bu cür boyalar allergik kontakt dermatiti yarada bilər.

Dermatoloq Şövqü Salahov - YouTube
 
"Bu zaman dəridə qaşınma, qabıqlanma, göynəmə və sairə kimi əlamətlər üzə çıxar. Ola bilər ki, boyanı təmizlədikdən sonra bu əlamətlər keçsin, yaxud da təkrarlansın. Yəni "bir dəfə boya ilə üzə nəsə yazmaqla heç nə olmaz" demək yanlışdır, çünki qalıcı dəri xəstəliyinə səbəb ola bilər. Bu səbəbdən də üz dərisinə kortəbii şəkildə nəsə istifadə etməkdən çəkinmək lazımdır", — həkim bildirib.

 
Aytəkin Qardaşova

Fotoları təqdim edirik
Tarix: 13 Noyabr 2024, 09:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin