BURADA REKLAMINIZ OLA
BİLƏR

FHN-ə işə düzəltmək adı ilə dələduzluq edən şəxslə bağlı QƏRAR

Şəki Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən Kamran Təhməzovun  barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Akif Eyvazovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

 

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib. 

 

İttihama görə, Kamran Təhməzov zərərçəkmiş S.Kərimovun övladını Fövqəladə Hallar Nazirliyinin Göyçay rayon şöbəsində işlə təmin edəcəyini yalan vəd verib. O, bu adla 2022-ci ilin sentyabr ayında 2023-cü ilin fevral ayına qədər zərərçəkmiş şəxsdən ümumilikdə 13000 manat pulu dələduzluq yolu ilə ələ keçirib. Göyçay Rayon Məhkəməsinin hökmü ilə 1 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum edilib. 

 

Kamal Məmmədov

Tarix: 13 Noyabr 2024, 11:18   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin