29 il əvvəl müstəqil Azərbaycan Respublikasının müasir dövlətçilik tarixində suverenlik, demokratiya və dünyəvilik kimi ali dəyərlərin əbədi və dönməzliyini təsbit edən Əsas Qanun - Konstitusiyası qəbul edilib. Bu, Azərbaycanın ictimai-siyasi həyatında yeni hüquqi arxitekturanın yaradılması demək idi. Çünki ölkəmizin milli dövlət maraq və mənafeyini təmin edən konstitusiya quruluşu ötən illər ərzində mümkün olmamışdı.
SSRİ dövründə bir neçə dəfə yeni Konstitusiya aktı qəbul olunub, əlavə və dəyişikliklər edilib və heç birində milli dövlətçiliyimizi əks etdirən maddə yer almayıb. Yalnız Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiyamızın ilk dəfə milliləşməsinin təməlləri qoyulub, 1977-ci ildə qəbul edilən yeni Konstitusiyada Azərbaycan dili dövlət dili kimi təsbit edilib və bu müstəqilliyin ilk atributlarından biri kimi mühüm ictimai əhəmiyyət kəsb edib.
Azərbaycanın müstəqil dövlət kimi ilk Konstitusiyasının müəllifi də Ulu Öndər Heydər Əliyevdir. Onun rəhbərliyi ilə hazırlanaraq 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi yolu ilə qəbul edilən Ana Qanunumuz müstəqilliyimizi, suverenliyimizi və ərazi bütövlüyümüzü qorumaq, cəmiyyətin demokratikləşmə proseslərinin və vətəndaş cəmiyyətinin bərqərar olmasına nail olmaq, azad bazar iqtisadiyyatını təmin etmək, iqtisadi, sosial, elmi, mədəni, humanitar və digər sahələrdə çoxşaxəli islahatları həyata keçirmək üçün mükəmməl hüquqi istinada çevrilib. Ulu Öndərin vaxtilə vurğuladığı kimi “Biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük siyasi, hüquqi sənəd yaratmışıq”.
İlk Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyətini nəzərə alınaraq, Ümummilli Liderin 1995-ci il 15 dekabr tarixli Fərmanına əsasən hər il noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilməyə başlandı. Heydər Əliyevin müəllifi olduğu çoxşaxəli islahatlar modeli ilə inkişaf quruculuğu yolunda irəliləyən Azərbaycanın həyatında inkişaf iyerarxiyasına uyğun olaraq, yeni siyasi-iqtisadi, hüquqi münasibətlərin meydana çıxması, o cümlədən, məhkəmə-hüquq islahatlarının həyata keçirilməsi, insan hüquqları və azadlıqlarının daha səmərəli qorunması və digər fundamental amillər Konstitusiya islahatlarının aparılmasını da labüdləşdirmiş, Əsas Qanunumuzda ötən illərdə mühüm dəyişikliklər baş vermişdir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın yeni siyasi-iqtisadi tərəqqi mərhələsinə daxil olması, dünyanın ən demokratik dəyərlərinin ölkə həyatında geniş təsbiti hüquqi dövlət quruculuğu və hüquq sisteminin inkişafı proseslərinə yeni baxışı formalaşdırıb, Konstitusiyanın aliliyinin təmin edilməsi məqsədilə yenidən Konstitusiya islahatları həyata keçirilib.
Bu dəyişikliklərin ana hədəfi, fəlsəfəsi Azərbaycanın siyasi və hüquq sisteminin ölkəmizdə demokratikləşmə proseslərinin və sosial-iqtisadi bazasının daha da gücləndiriməsinə, insan hüquqlarının və azadlıqlarının müdafiəsini daha etibarlı təminat verilməsinə, sosial dövlət prinsiplərinin genişlənməsinə xidmət edirdi və həmin hədəflərin hər biri gerçəkləşib.
Dövlət başçısının bəyan etdiyi kimi “Konstitusiyamız müasir dünyanın sivil dəyərləri və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə, milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu üçün möhkəm təməl yaradıb”.
Dəyişilən sosial-siyasi reallıqlara və əldə olunan uğurların daha da möhkəmləndirilməsinə əlavə güclü hüquqi zəminlər yaratmaq məqsədilə Prezident İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla üçüncü dəfə Konstitusiyanın 29 maddəsində 41 əlavə və dəyişiklik edilib ki, islahatlar dövlət və məhkəmə hakimiyyəti orqanlarının, bələdiyyələrin işinin təkmilləşdirilməsinə, insan hüquqları və azadlıqlarının daha səmərəli təmin edilməsinə səbəb olub. Son dəyişikliyə əsasən idarəetmə sistemində yeni təsisat - vitse-prezidentlik institutu yaradılıb və müstəqil Azərbaycanda bu yeni təsisat dövlət və hakimiyyət idarəetmə mexanizmində funksional institut olaraq yenilənən respublikanın yeni idarəetmə modeli kimi özünü doğruldub.
Beləliklə, Azərbaycan Respublikasının Konstitusiyasına edilən əlavə və dəyişikliklər nəticəsində Əsas Qanunumuz daha da təkmilləşdirilərək yeni dövrün tələblərinə uyğunlaşdırılıb. Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli iradəsi və uzaqgörən müdrik siyasəti sayəsində Azərbaycan XXI əsrin ikinci onilliyinə daha güclü və qüdrətli dövlət kimi daxil olaraq regionda və beynəlxalq arenada öz mövqeyini möhkəmləndirməklə Konstitusiya quruluşunun hüquqi qüvvəsinin bütün ərazilərində bərqərar olması üçün hərbi-siyasi qələbəsi ilə bu, ali məqsədinə də çatıb. 30 il ərzində torpaqlarımızı işğalda saxlayaraq ərazi bütövlüyümüzü və Konstitusiya vahidliyimizi pozan Ermənistanın təcavüzkar siyasətinə əbədi nöqtə qoyulub.
Azərbaycan Konstitusiyası etnik, dini, dil mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə, bütün millətlərin və xalqların həmrəyliyinin, birliyinin simvoluna çevrilib. Biz bu həmrəyliyə 44 günlük Vətən müharibəsində bütün xalqların sarsılmaz birliyində, Ana Vətən uğrunda mübarizliyində və cəbhədəki döyüş əzmkarlığında bir daha şahid olduq.
Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin liderliyi altında öz dövlət suverenliyini və Konstitusiya quruluşunu 86,6 min km2 ərazisinin bütün inzibati-coğrafi vahidlərində təmin etmiş Azərbaycan xalqı Əsas Qanunun qəbul olunmasının 29-cu ildönümünü qürurla qeyd edir.
Ramid Namazov
Milli Məclisin deputatı
14 Dekabr 13:48
14 Dekabr 13:07
14 Dekabr 13:06
14 Dekabr 13:04
14 Dekabr 13:02
14 Dekabr 13:00
14 Dekabr 12:51
14 Dekabr 12:40
14 Dekabr 12:38
14 Dekabr 12:33
14 Dekabr 12:31
14 Dekabr 12:28
14 Dekabr 12:23
14 Dekabr 12:20
14 Dekabr 11:36
14 Dekabr 11:34
14 Dekabr 11:29
14 Dekabr 11:24
14 Dekabr 11:22
14 Dekabr 11:18
14 Dekabr 11:06
14 Dekabr 11:03
14 Dekabr 11:00
14 Dekabr 10:55
14 Dekabr 10:45
14 Dekabr 10:24
14 Dekabr 10:11
14 Dekabr 10:05
14 Dekabr 09:52
14 Dekabr 09:23
14 Dekabr 09:08
14 Dekabr 08:56
14 Dekabr 08:53
14 Dekabr 08:51
14 Dekabr 08:49
14 Dekabr 08:46
13 Dekabr 23:50
13 Dekabr 23:48
13 Dekabr 23:45
13 Dekabr 23:44
13 Dekabr 23:41
13 Dekabr 23:39
13 Dekabr 22:14
13 Dekabr 22:12
13 Dekabr 22:11
13 Dekabr 22:09
13 Dekabr 22:06
13 Dekabr 22:00
13 Dekabr 20:09
13 Dekabr 19:05
13 Dekabr 19:02
13 Dekabr 19:01
13 Dekabr 18:58
13 Dekabr 18:50
13 Dekabr 18:44
13 Dekabr 18:33
13 Dekabr 18:26
13 Dekabr 18:09
13 Dekabr 17:52
13 Dekabr 17:41
13 Dekabr 17:33
13 Dekabr 17:15
13 Dekabr 17:05
13 Dekabr 16:57
13 Dekabr 16:54
13 Dekabr 16:52
13 Dekabr 16:46
13 Dekabr 16:44
13 Dekabr 16:36
13 Dekabr 16:29
13 Dekabr 16:27
13 Dekabr 16:25
13 Dekabr 16:23
13 Dekabr 16:19
13 Dekabr 16:09
13 Dekabr 16:06
13 Dekabr 15:52
13 Dekabr 15:32
13 Dekabr 15:29
13 Dekabr 15:26
13 Dekabr 15:22
13 Dekabr 15:17
13 Dekabr 15:15
13 Dekabr 15:12
13 Dekabr 15:10
13 Dekabr 15:09
13 Dekabr 15:08
13 Dekabr 15:03
13 Dekabr 14:35
13 Dekabr 14:32
13 Dekabr 14:14
13 Dekabr 14:09
13 Dekabr 13:49
13 Dekabr 13:36
13 Dekabr 13:23
13 Dekabr 13:12
13 Dekabr 13:08
13 Dekabr 12:46
13 Dekabr 12:42
13 Dekabr 12:36
13 Dekabr 12:33
13 Dekabr 12:33
13 Dekabr 12:27
13 Dekabr 12:24
13 Dekabr 12:23
13 Dekabr 12:21
13 Dekabr 12:15
13 Dekabr 12:00
13 Dekabr 12:00
13 Dekabr 11:57
13 Dekabr 11:38
13 Dekabr 11:25
13 Dekabr 11:24
13 Dekabr 11:03
13 Dekabr 11:01
13 Dekabr 10:59
13 Dekabr 10:40
13 Dekabr 10:20
13 Dekabr 10:15
13 Dekabr 10:02
13 Dekabr 09:36
13 Dekabr 09:13
13 Dekabr 09:12
13 Dekabr 09:05
13 Dekabr 08:53
13 Dekabr 08:52
13 Dekabr 08:32
13 Dekabr 08:27
13 Dekabr 07:56
13 Dekabr 07:50
13 Dekabr 07:44
13 Dekabr 07:40
13 Dekabr 07:34
13 Dekabr 07:27
13 Dekabr 07:16
13 Dekabr 02:16
13 Dekabr 01:58
13 Dekabr 01:56
13 Dekabr 01:51
13 Dekabr 01:48
13 Dekabr 01:46
12 Dekabr 22:35
12 Dekabr 22:25
12 Dekabr 20:50
12 Dekabr 20:49
12 Dekabr 20:44
12 Dekabr 20:18
12 Dekabr 20:08
12 Dekabr 20:01
12 Dekabr 19:58
Ən son xəbərləri səhifəmizdən də izləyin