BURADA REKLAMINIZ OLA
BİLƏR

Küçədə kişini döyüb telefonunu alan şəxs apellyasiya şikayəti verdi

Vətəndaşa qarşı quldurluq etməkdə təqsirləndirilən Rəhman Qurbanəlizanin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.

 
Şikayət hakim Mehriban Qarayevanın sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 7 il müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Hadisə ötən ilin noyabrında paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Belə ki, R.Qurbanəlizadə ona küçədə sataşan Emin Məmmədovu döyüb, daha sonra onun telefonunu alıb. Təqsirləndirilən şəxs məhkəmə istintaqı dövründə ona elan edilən ittihamla özünü təqsirli bilməyib. Zərərçəkmiş şəxs Emin Məmmədov isə ifadəsi zamanı təqsirləndirilən şəxsin ona dəyən ziyanın ödədiyini və ondan şikayətçi olmadığını bildirib. R.Qurbanəlizadəyə qarşı Cinayət Məcəlləsinin 181.3.3-cü (külli miqdarda əmlak əldə etmək və zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmaqla quldurluq) maddəsi ilə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 14 Noyabr 2024, 09:12   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin