BURADA REKLAMINIZ OLA
BİLƏR

Arvadını və qohumunu öldürmək istəyən şəxsə nə qədər cəza verilib?

Şamaxıda 2 qadına bıçaqlamaqda təqsirləndirilən Novruz Babayevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Apellyasiya Məhkəməsində keçiriləcək ilkin hazırlıq iclası noyabrın 14-nə təyin edilib.

 
Şikayət hakim Elman Əhmədovun sədrliyi ilə araşdırılacaq.

 

Xatırlatma: Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

 

Qeyd: Şamaxı rayon sakinləri - 1997-ci il təvəllüdlü Elmira Babayeva və 2000-ci il təvəllüdlü Günel Babayevanın kəsilmiş-deşilmiş xəsarətlərlə xəstəxanaya daxil olmaları barədə polisə məlumat daxil olub. Hər iki qadına kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən E.Babayevanın əri, 1996-cı il təvəllüdlü Novruz Babayev saxlanılıb. Novruz Babayeva qarşı Cinayət Məcəlləsinin 120.2.7-ci maddəsi üzrə ittiham irəli sürülüb.

 

Kamal Məmmədov

Tarix: 14 Noyabr 2024, 09:51   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin