BURADA REKLAMINIZ OLA
BİLƏR

Çin avtomobilləri uğursuzdur, çox ciddi şəkildə qiymət itirirlər - VİDEO

“Çin istehsalı olan avtomobillərlə bağlı sadə bir statistika deyim, özünüz yoxlayın. Avtomobil elanları saytlarına daxil olun, 1998-2000-ci ilin “Mercedes”lərinin qiymətlərinə baxın. 13, 15, 17, 20 min... Saytlarda Çin istehsalı 2018, 2019, 2020-ci il maşınların qiymətlərinə də baxın. İşlənmiş maşınlar 6, 7, 8 min manatdır. Bu o deməkdir ki, Çin istehsalı olan avtomobillər uğursuz avtomobillərdir və çox ciddi şəkildə qiymət itirirlər”. 

 

Pravda.az xəbər verir ki, bu sözləri bloqer Pərvin Cəfəri deyib. 

 

“Qısa müddət sürənlərdən danışmıram. Çin maşınlarını alıb 3-4 il istifadə edən adamlar özləri nə qədər beziblərsə, 40 min manata aldıqları maşınları bu gün rahat 7-9 minə satırlar ki, başlarından rədd etsinlər. Bunu özünüz də yoxlaya bilərsiniz, çox sadədir...” ,- o bildirib. 

 

Aytəkin Qardaşova 

 

Tarix: 14 Noyabr 2024, 12:59   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin