BURADA REKLAMINIZ OLA
BİLƏR

Sabiq deputata məxsus olduğu bildirilən un istehsalçısı məcburi auditdən yayındı

"Karmen" MMC-yə inzibati protokol yazılıb.

 

Pravda.az-ın xəbərinə görə, MMC barəsində protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 464-cü (“Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub. 

 

İş Yasamal Rayon Məhkəməsinin hakimi Mirsadiq Seyidovun icraatındadır.

 

Qeyd: MMC-nin qanuni təmsilçisi İlham Şəmil oğlu Xəlilovdur. Şirkətin sabiq deputat Əsabil Qasımova məxsus olduğu bildirilir.

 

Xəyal Quliyev

Tarix: 15 Noyabr 2024, 08:16   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin